EN

Türkiyəyə səfər edən özbəkistanlı turistlərin sayı 10 faizdən çox artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026 -cı ilin yanvar ayında Özbəkistandan Türkiyəyə 45 min 899 turist səfər edib ki, bu da 2025-ci ilin yanvarı ilə müqayisədə 10,25 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 2,04 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2026-cı ilin yanvarında Türkiyəyə 2 milyon 246 min 639 turist səfər edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 3,48 faiz çoxdur.

Chosen
16
2
turkic.world

3Sources