EN

ABŞ gəmisi Kuba sərhədçilərinə atəş açıb

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Britaniyanın "BBC" telekanalının öz mənbələrinə istinadən yaydığı xəbərə görə, Kuba sərhədçilərinin cavab atəşi nəticəsində gəmidəki 4 nəfər zərərsizləşdirilib, habelə 6 nəfər yaralanıb. Kubanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, hücum əsnasında Kuba sərhəd gəmisinin komandiri yaralanıb: "FL7726SH nömrəli gəmi səhər saatlarında Vilya-Klara əyalətindəki El-Pino kanalından təqribən bir dəniz mili şimal-şərqdə aşkarlanıb. Kuba Daxili İşlər Nazirliyinin sərhəd qoşunlarının dəstəsi təcavüzkarın qarşısını alıb". Hadisə ilə əlaqədar ABŞ Dövlət katibi Marko Rubio mətbuata açıqlamasında diqqətə çatdırıb ki, Vaşinqton da bu "çox qeyri-adi insidenti" araşdırır. Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
2
azvision.az

3Sources