EN

Amerikanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Bakı.Trend:

Amerikanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlıpaylaşım edib.

Trend həminpaylaşımı təqdim edir:

"Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsinidərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq. ABŞSəfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ənsəmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsinianarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcəknəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir dahaxatırlayırıq".

Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindənXocalı soyqırımının törədilməsindən 34 il ötür.

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı aparılmış işğalvə soyqırımı siyasətinin ən qanlı faciələrindəndir.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlıqüvvələri 1991-ci ilin oktyabr ayından mühasirədə saxlanmış,avtomobil və enerji əlaqəsi kəsilmiş Xocalıya hücumedərəkazərbaycanlı dinc sakinlərə qarşı kütləvi vəhşiliklərtörədib.

Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi ilə ermənidəstələri tərəfindən həyata keçirilmiş qırğın zamanı Xocalıda 613nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 yaşlı xüsusiamansızlıqla qətlə yetirilib. 487 nəfər müxtəlif dərəcəlixəsarətlər alıb, 1275 nəfər əsir götürülüb və girovluqdaişgəncələrə məruz qalıb. 8 ailə tamamilə məhv edilib, 130 uşaqvalideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisiniitirib. Bir çox girovun taleyi hələ də məlum deyil.

Bu qırğınlar yalnız hərbi əməliyyat deyil, etnik nifrət vəayrı-seçkilik siyasətinin parçası olub. Ermənistanın AzərbaycanınBağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Qaradağlı,Tuğ, Səlakətin və s. kimi digər yaşayış məntəqələrində dəazərbaycanlılara qarşı məqsədyönlü qırğınlar həyata keçirməsiXocalı soyqırımının sistemli və planlı xarakterini açıq şəkildənümayiş etdirir.

Chosen
13
31
az.trend.az

10Sources