EN

İran qitələrarası ballistik raket hazırlamağa çalışır - Rubio

İran qitələrarası ballistik raket hazırlayaraq ABŞ üçün ciddi təhlükə yaradır.

Missiya.Az xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Marko Rubio bildirib.

 Rubio əlavə edib ki, İranın raket proqramını müzakirə etməkdən çəkinməsi böyük problemdir.

O, ABŞ-İran danışıqlarının məhsuldar olacağına ümid etdiyini və tərəflərin yalnız nüvə məsələsi ilə kifayətlənməyərək digər mövzuları da müzakirə etməli olduğunu vurğulayıb.

Qeyd edək ki, fevralın 25-də ABŞ Prezidenti Donald Tramp isə İranın artıq Avropanı və ABŞ-nin xaricdəki hərbi bazalarını təhdid edə biləcək raketlər hazırladığını açıqlayıb.

Seyranə QuliyevaMissiya.Az

Chosen
27
missiya.az

1Sources