Bakı.Trend:
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə AzərbaycanınQarabağ bölgəsinin Xocalı şəhərində baş verən qətliam yalnızregional münaqişənin bir qanlı epizodu deyildi. Bu faciə həm dəsovet dövrünün dağılma prosesində ortaya çıxan hakimiyyətçatışmazlığı və etnik qarşıdurmaların bəşəriyyət üçün nə qədərtəhlükəli ola biləcəyini göstərən həssas bir nümunə oldu”.
Bu sözləri Trend-ə açıqlamasında Xocalı Soyqırımı Günümünasibətilə Milli Məclisinin deputatı Kamaləddin Qafarovdeyib.
Millət vəkili bildirib ki, 25 fevral gecəsi Ermənistan silahlıqüvvələrinin, Qarabağdakı erməni silahlı dəstələrinin və keçmişsovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə şəhərə hücumplanlaşdırıldı və həyata keçirildi. “Bu hücum nəticəsində 613 dincazərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və qocalar qətləyetirildi, yüzlərlə insan ağır yaralandı və 1275 nəfər əsirgötürüldü. Onların arasında yüzlərlə insanın taleyi bu günə qədərməlum deyil. Azərbaycan hökuməti və hüquq mühafizə orqanlarıhücumun məqsədinin yalnız şəhəri ələ keçirmək olmadığını, eynizamanda etnik səbəblərlə dinc əhali üzərində zorakılıq siyasətininhəyata keçirildiyini qeyd edir. Bu istiqamətdə Xocalı olayının“soyqırımı” aktı kimi xarakterizə edilməsi ölkənin daxiliqanunvericiliyi və bir sıra beynəlxalq müqavilələr baxımındanəsaslandırılır.”
Fikirlərini davam etdirən K.Qafarov daha sonra qeyd edib ki,ermənilərin bütün bu vəhşilikləri xalqımızın iradəsini qıra bilmədivə Azərbaycan bütün şəhidlərinin qanını düşməndən döyüş meydanındaaldı: “Xocalı faciəsi beynəlxalq hüquq normalarına görə insanlığaqarşı cinayət və soyqırımı cinayəti kimi qiymətləndirilir.Ermənistan silahlı qüvvələrinin hərəkətləri beynəlxalqkonvensiyalar — xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları,Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və CəzalandırılmasıKonvensiyası, Uşaq Hüquqları Konvensiyası kimi sənədlərlə ziddiyyəttəşkil edir. Bu sənədlərə görə mülki əhalinin məqsədyönlü şəkildəhədəfə alınması və kütləvi qırğını insanlığa qarşı ən ağır hüquqpozuntularından biri sayılır. Lakin xalqımıza qarşı törədilən bütünbu vəhşiliklər düşməni öz əsas məqsədinə çatdıra bilmədi. ÖlkəPrezidenti İlham Əliyevin sarsılmaz siyasi iradəsi və qətiyyəti buplanları alt-üst etdi. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandanınrəhbərliyi ilə 2020-ci ildə apardığı Vətən müharibəsində əldəetdiyi tarixi Qələbə sayəsində torpaqlarımızın 30 illik işğalınabirdəfəlik son qoydu. Bu parlaq Zəfərdən cəmi üç il sonra, 2023-cüilin 19 sentyabr tarixində keçirilmiş lokal xarakterli antiterrortədbiri nəticəsində Xocalı şəhəri də Xankəndi, Ağdərə, Xocavəndşəhərləri və digər qalan ərazilərimizlə birgə separatçılardanbirdəfəlik təmizləndi. Həmin ərazilərdə şanlı Azərbaycan bayrağınışəxsən qaldıran möhtərəm dövlət başçımız Xocalı qətliamıqurbanlarının və bütün şəhidlərimizin ruhunu şad etdi. Bu günXocalı soyqırımı kimi faciələr yalnız tarixi fakt kimi qalmaqlakifayətlənməməli, eyni zamanda beynəlxalq hüquq, sülh və insanhüquqları üçün qabaqlayıcı dərs kimi araşdırılmalıdır” .