EN

Botoksa görə, Omanda 20 dəvə gözəllik müsabiqəsindən diskvalifikasiya edilib

Müayinələr zamanı heyvanların xarici görünüşünün botoks və digər kosmetik müdaxilələrlə süni şəkildə dəyişdirildiyi müəyyən olunub...

Omanın paytaxtı Maskatda keçirilən dəvə gözəllik müsabiqəsində 20 heyvan üzərində kosmetik müdaxilə izləri aşkar edildiyi üçün yarışdan kənarlaşdırılıb.

Poliqon xəbər verir ki, bu barədə müsabiqənin təşkilatçıları və yoxlamalarda iştirak edən baytarlıq mütəxəssisləri məlumat veriblər. Hadisə haqqında Daily Mail yazıb.

Məlumata görə, Fars körfəzi ölkələrində dəvə gözəllik müsabiqələri geniş yayılıb və bədəvi mədəni irsinin mühüm elementi hesab olunur. Bu cür tədbirlərdə minlərlə heyvan iştirak edir, mükafat fondları isə milyonlarla dollar təşkil edir ki, bu da yetişdiricilər arasında rəqabəti daha da gücləndirir.

Təşkilatçıların bildirdiyinə əsasən, Maskatda keçirilən yarış zamanı bəzi heyvan sahibləri üstünlük qazanmaq üçün qadağan olunmuş üsullara əl atıblar. Baytar müayinəsi zamanı dəvələrin dodaqlarını böyütmək üçün botoks inyeksiyaları, sifətin ifadəsini dəyişdirmək məqsədilə miorelaksant preparatlar, həmçinin hörgücün formasını korreksiya etmək üçün silikon və mum tərkibli doldurucuların istifadə edildiyi müəyyən edilib.

Müsabiqə təşkilatçıları vurğulayıblar ki, heyvanların xarici görünüşünün süni şəkildə yaxşılaşdırılmasına yönəlmiş hər hansı müdaxilə qaydaların kobud pozuntusu hesab olunur və fırıldaqçılıq kimi qiymətləndirilir. Bu səbəbdən qayda pozuntusuna yol verən bütün iştirakçılar yarışdan dərhal uzaqlaşdırılıb.

Poliqon.info

Chosen
20
poliqon.info

1Sources