EN

Vitkoff yenə Cenevrəyə gedib

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff İsveçrəyə gedib.

Bizimyol.info xəbər verir ki, təyyarənin Cenevrə Beynəlxalq Hava Limanında eniş etdiyi barədə mətbuata mənbə məlumat verib.

"ABŞ Prezidentinin xüsusi elçisinin təyyarəsi Vaşinqtondan Cenevrə gəlib", - deyə mənbə bildirib. İran və ABŞ arasında nüvə danışıqlarının üçüncü raundu Cenevrədə planlaşdırılıb. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə Vitkoffun rəhbərlik edəcəyi gözlənilir.

Ötən həftə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda iştirak etmək üçün Cenevrəyə getmişdi. İran və ABŞ nümayəndələri arasında vasitəçilərin iştirakı ilə danışıqların ikinci raundu da eyni vaxtda keçirilib.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
icma.az

1Sources