EN

İtaliyalı ulduz: “Qarabağ”a qarşı eyni tempdə davam etmək çətin idi”

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib.

Sportinfo.az xəbər verir ki, UEFA-ya danışan italiyalı "Qarabağ”a qarşı çətinlik çəkdiklərini söyləyib:

“Əlbəttə ki, əla başlanğıc idi. Altı dəqiqəyə 2 qol vurmaq yaxşıdır.

Bundan sonra oyun daha çox açıq keçdi. Ümumi hesab 9:3 olduğu üçün asan deyildi.

Ona görə də başladığımız tempdə davam etmək çətin idi. Amma ən vacibi qalib gəlmək və növbəti mərhələyə yüksəlməkdir”.

Chosen
22
sportinfo.az

1Sources