EN

"Rusiya NATO-nu “başlıca düşmən” hesab edir" - Polşa prezidenti

Polşa Prezidenti Karol Navrotski bildirib ki, Rusiya Qərbə qarşı “sivilizasiya müharibəsi” apardığını düşünür və NATO-nu özünün əsas düşməni kimi görür.

Redaktor.az xəbər verir ki, onun sözlərini Polskie Radio yayıb.

Navrotskinin sözlərinə görə, Rusiya Şimali Atlantika Alyansını başlıca rəqib hesab edir və Polşanı da NATO ilə birlikdə eyni şəkildə qəbul edir. Prezident iddia edib ki, Moskva alyansı zəiflətmək üçün 5-ci maddəyə inamı sarsıtmağa yönəlmiş addımlar atır və şərq cinahındakı dövlətləri qorxutmaq siyasətini davam etdirəcək.

O, həmçinin Avropa üzrə Rusiyaya aid edilən hibrid əməliyyatların və təsir kampaniyalarının yüksək aktivliyini qeyd edib. Navrotski Şimali Atlantika Alyansını Avropanın “dayanıqlığını” sınağa çəkən insidentlərə cavab verməyə hazır olmağa çağırıb.

Nuriyyə NATİQQIZI

Chosen
7
1
redaktor.az

2Sources