EN

“Zirə Gülçülük” şirkətinin mənfəəti və gəlirləri azalıb

“Zirə Gülçülük” QSC 2024-cü ili 524 118 manat xalis mənfəət ilə başa vurub. 2023-cü ildə şirkətin mənfəəti 685 122 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 23.5% azalması deməkdir.

Banker.az bu barədə QSC-nin maliyyə hesabatına istinadən xəbər verir.

“Zirə Gülçülük” şirkətinin əsas əməliyyat gəlirləri 2024-cü ildə azalma göstərib. Belə ki, 2023-cü ildə 4 milyon 960 min manat olan gəlir 2024-cü ildə 4 milyon 577 min manata enib. Nəticədə şirkətin gəlirləri 8% geriləyib.

Şirkət 2011-ci ildən etibarən bitkilərin yetişdirilməsi, satışı və onlara qulluq göstərilməsi sahəsində fəaliyyət göstərir.
Chosen
22
banker.az

1Sources