
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Rusiya-Ukrayna müharibəsinin bir ay ərzində başa çatmasını istədiyini bildirib.
Missiya.Az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, fevralın 25-də keçirilən və 30 dəqiqə davam edən danışıq dostcasına keçirilib. Söhbət zamanı Zelenski göstərilən dəstəyə görə təşəkkür edib və müharibənin bu il başa çatacağına ümid etdiyini deyib. Tramp isə münaqişənin çox uzandığını vurğulayıb.
Məlumata görə, tərəflər Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə mümkün üçtərəfli görüşü də müzakirə ediblər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə liderlərin yalnız yekun razılaşmalar üçün görüşməli olduqlarını bildirib.
Seyranə QuliyevaMissiya.Az