EN

Xocalı soyqırımından 34 il ötür

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 34-cü ildönümü qeyd olunur. Faciə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin hücumu nəticəsində baş verib.

Hücum zamanı SSRİ dövründə Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə şəhər işğal edilib. Mühasirəyə düşən sakinlər Ağdam istiqamətində çıxmağa çalışarkən pusquya salınaraq atəşə tutulublar.

Faciə nəticəsində 613 nəfər qətlə yetirilib (63 uşaq, 106 qadın, 70 yaşlı),8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 487 nəfər yaralanıb (76-sı uşaq),1275 nəfər əsir götürülüb. 

Girov götürülənlərdən 150 nəfərin taleyi hələ də naməlumdur.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın müxtəlif ölkələrində anım tədbirləri ilə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə mərasimlər, konfranslar təşkil edir, faciəni əks etdirən foto-sərgilər və sənədli materiallar təqdim edirlər.

Chosen
7
1
anews.az

2Sources