EN

Tarix Əliyev Speys TV-də yüksək vəzifəyə təyin olunur

Tarix

“Tolik” efirlə vidalaşsa da, kanaldan ayrılmır – Musiqi Departamentinə rəhbər gətirilir.Ulusum.az xəbər verir ki, Speys TV-də yayımlanan Tarix Əliyevin (Tolik) verilişi bu həftə bağlanacaq. Məlumata görə, aparıcı kanaldan ayrılmır. Kanal rəhbəri Vado Karovinin təşəbbüsü ilə o, Speys TV-nin Musiqi Departamentinin rəhbəri təyin olunacaq. Bildirilir ki, bu qərarın əsas səbəblərindən biri verilişin sponsorlarının qorunub saxlanılmasıdır.Tarix Əliyev əvvəlki layihəsinin başqa ad və aparıcı ilə efirə qayıdacaq proqramında layihə rəhbəri kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, onun “Tarixin bu günü” verilişi və ARB-də yayımlanan “Elgizlə izlə” proqramı bağlanıb. Tolik cümə günü tamaşaçılarla vidalaşacaq, onun yerinə isə Könül Muxtarova efirə çıxacaq.Ulusum.az

Diqqət Çəkənlər

Tarix Əliyev Speys TV-də yüksək vəzifəyə təyin olunur

Chosen
15
ulusum.az

1Sources