EN

KİV: Hokinqin Epşteyn sənədlərindəki fotosu baxıcıları ilə çəkilib

BAKI, 26 fevral. TELEQRAF

ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi sənədlərdə yer alan və mərhum alim Stiven Hokinq ilə çəkilmiş fotodakı qadınlar onun baxıcıları olub.

Teleqraf xəbər verir ki,bu barədə "The Sun" qəzeti yazır.

Ailə üzvlərindən birinin nəşrə bildirdiyinə görə, Hokinqin guya qeyri-münasib davranışı ilə bağlı iddialar əsassız və uydurmadır. Qeyd olunub ki, fotoda görünən qadınlar Böyük Britaniyadan olan və alimə uzun müddət qulluq edən baxıcılar idi.

Mənbənin sözlərinə görə, Hokinq 24 saatlıq tibbi nəzarətə ehtiyac duyurdu və daimi baxımdan asılı idi.

Qəzet iddia edir ki, foto 2006-cı ildə Sent-Tomas adasındakı “Ritz-Carlton” otelində elmi konfransdan sonra çəkilib. Nəşr vurğulayır ki, Hokinqin adı Cefri Epşteyn dosyesində hallansa da, bu, alimin hər hansı qanunsuz hərəkət etdiyini göstərmir.

Chosen
14
teleqraf.com

1Sources