EN

Barselonada turist vergisi gündə 15 avroya çatdırılır

Bakı. Trend:

Barselona şəhərində turistlər üçün vergi 1 günə 15 avroyaçatdırılır. Şəhər Avropada turistlərə ən yüksək ödəniş tətbiq edənməkanlardan biri hesab olunur.

Trend xəbər verirki, məqsəd turist axınını azaltmaq və mənzil böhranını həlletməkdir.

Kataloniya parlamentinin qərarına əsasən, turistlər üçüngündəlik oteldə qalma vergisinin maksimal həddi apreldən etibarən15 avro müəyyən edilib. Hazırda bu rəqəm 7,5 avrodur.

Son illər regionda turistlərdən narazılıq artıb. Yerli sakinləriddia edirlər ki, turist axını şəhərdə mənzil böhranına səbəbolub.

Barselona parlamentinin daha əvvəl qəbul etdiyi qərara görə,2028-ci ildən etibarən mənzillərin qısa müddətə kirayə verilməsiqadağan olunacaq.

Chosen
43
az.trend.az

1Sources