EN

İran raketləri Amerikanı vura bilərmi?..- XİN rəhbərinin cavabı...

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın müharibə təhdidi qarşısında ölkənin hərbi hazırlıqlarını izah edib.
O, qeyd edib ki, sabah Cenevrədə keçiriləcək danışıqlar ədalətli və balanslı bir razılaşma əldə etmək üçün bir fürsət təqdim edir.
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə İranın "Tansim" xəbər agentliyi məlumat yayıb.
 
Əraqçi nüvə məsələsinin hərbi yolla həllinin mümkün olmadığını vurğulayıb və İranın bu mövzu ilə bağlı hər hansı bir sualı və ya narahatlığı aydınlaşdırmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, ölkənin müharibəyə hazırlığı münaqişəyə girmək istəyi demək deyil, əksinə, münaqişənin qarşısını almaq üçün bir vasitə kimi xidmət edir. Əraqçi əlavə edib ki, seçilmiş yanaşma nüvə məsələsini həll etməyin ən yaxşı yoludur.
 
"Prezident Tramp saxta xəbərlərin qurbanı olub. Biz ABŞ ərazisinə çata biləcək silahlar hazırlamırıq. Raketlərimizin mənzili bilərəkdən 2000 kilometrlə məhdudlaşdırılıb - yalnız özünümüdafiə və çəkindirmə üçün. Qüvvələrimiz öz vəzifələrini yerinə yetirməyə hazırdır və biz özümüzü necə müdafiə edəcəyimizi bilirik - əvvəllər etdiyimiz kimi", - deyə Əraqçi diqqətə çatdırıb.
 
Chosen
35
1
moderator.az

2Sources