EN

KXDR nüvə silahından çəkindirmə qabiliyyətinə uğurla nail olub - Kim Çen In

KXDR son beş ildə nüvə silahından çəkindirmə qabiliyyətinə uğurla nail olub.

Ucnoqta.az xəbər verir ki, bunu KXDR rəhbəri Kim Çen In deyib.
KXDR liderinin szlərinə görə, nüvə silahlı qüvvələri artıq təcavüzkar müharibələrə qarşı güclü fiziki maneə yaratmaq missiyasını məsuliyyətlə yerinə yetirir.
"Biz müharibənin özünün qarşısını almaq qabiliyyətinə malikik və istənilən qüvvənin hücumu halında dərhal cavab tədbirlərinə hazırıq", - o, qeyd edib.

O, ölkənin nüvə qüvvələrinin əsas vəzifələrinin özünümüdafiə və özünümüdafiə hüququnun həyata keçirilməsi, düşmən dövlətlərin hərbi təxribatlarının neytrallaşdırılması və regionda güc balansının təmin edilməsi olduğunu vurğulayıb.

Chosen
50
ucnoqta.az

1Sources