EN

Qlobal borc 348,3 trilyon dollara çataraq tarixi rekordu yenilədi

Bakı. Trend:

2025-ci ildə qlobal borcun həcmi dövlətlərin, evtəsərrüfatlarının, maliyyə və qeyri-maliyyə şirkətlərininöhdəlikləri daxil olmaqla 29 trilyon dollar artaraq 348,3 trilyondollara çatıb və tarixi rekord yenilənib.

Trend xəbər verirki, bu barədə Beynəlxalq Maliyyə İnstitutu məlumat yayıb.

Bildirilir ki, bu artım əsasən suveren borcların yüksəlməsi iləbağlı olub. Artımın 10 trilyon dollardan çoxu məhz dövlətöhdəliklərinin payına düşüb. Bu artımın təxminən dörddə üçü isəABŞ, Çin və avrozona ölkələrinin payına düşüb.

Hazırda qlobal borcun artımı daha çox dünyanın ən böyükiqtisadiyyatlarında davam edən büdcə kəsirləri ilə əlaqədardır.

Chosen
38
az.trend.az

1Sources