EN

Trampın müşaviri Apple rəhbərini yalan danışmaqda ittiham etdi

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ağ Evin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Piter Navarro "Apple" şirkətinin baş icraçı direktoru Tim Kuku istehsal prosesinin ABŞ-yə köçürülməsi ilə bağlı yalan danışmaqda ittiham edib.

Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" yazıb.

Navarronun sözlərinə görə, Donald Trampın ilk prezidentliyi dövründə Tim Kuk "iPhone" istehsalının Çindən ABŞ-yə köçürüləcəyini vəd etsə də, bu, baş verməyib. O bildirib ki, şirkət rəhbəri eyni mövqeni yenidən səsləndirir.

Bundan əvvəl Tim Kuk "Apple"ın ABŞ-də istehsala sadiq olduğunu və ilin sonunda Hyustonda "Mac mini" kompüterlərinin istehsalına başlanacağını açıqlamışdı.

Qeyd edək ki, Tramp ABŞ-dən kənarda istehsal olunan "iPhone"lara 25 faiz rüsum tətbiq ediləcəyini bəyan etmişdi. Hazırda "Apple"ın əsas istehsal müəssisələri Çin, Hindistan və Vyetnamda yerləşir. Bəzi hesablamalara görə, istehsalın ABŞ-yə köçürülməsi "iPhone"un yerli bazarda qiymətini təxminən üç dəfə artıra bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
62
oxu.az

1Sources