Xocalı soyqırımı kimi dəhşətli cinayətlərin təkrarlanmaması üçün ədalətin təmin olunması hələ də əsas vəzifə olaraq qalır.
Publika.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
Nazir qeyd edib ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ən ağır cinayətlərdən biridir.