EN

TƏCİLİ! İran rəsmiləri Xameneinin sığınacağına APARILDILAR – Gözləri bağlı və…

İranda ABŞ-ın mümkün zərbələri fonunda artan gərginlik şəraitində Ali Liderlə görüşmək istəyən dövlət rəsmiləri onun sığınacağına gözləri bağlanmış halda aparılır. 

NOCOMMENT.az xəbər verir ki, xəbər verir ki, bu təhlükəsizlik tədbiri Əli Xameneinin gizləndiyi yerin açıqlanmasının qarşısını almaq məqsədi daşıyır. Mənbələrin bildirdiyinə görə, rəsmilər sığınacağa aparılarkən ətrafı görməmələri üçün xüsusi şəkildə nəzarət olunur.

Məlumata əsasən, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərindən birinin sözlərinə görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də son vaxtlar gözləri bağlanaraq Xameneinin sığınacağına aparılan məmurlar arasında olub.

Mənbələr qeyd edir ki, hazırda Xamenei gizli sığınacaqda olduğu müddətdə onun gündəlik ofis fəaliyyətinə oğlu Masud Khamenei nəzarət edir. Digər oğlu isə — Müctəba Xamenei dövlət rəsmiləri ilə əlaqələrin saxlanılmasına cavabdehdir.

Məlumata görə, bu tədbirlər mümkün təhlükəsizlik risklərinin qarşısını almaq və İranın ali rəhbərliyinin qorunmasını təmin etmək məqsədilə həyata keçirilir.

Sara

Chosen
50
nocomment.az

1Sources