EN

ABŞ Çin hərbi təlimlərinə nəzarəti gücləndirmək üçün 12,6 milyard dollar ayıracaq

Bakı. Trend:

ABŞ Müharibə Nazirliyi Çin Xalq Respublikasının hərbi təlimləri,sualtı qayıqları və peykləri üzərində müşahidəni gücləndirməkməqsədilə əlavə 12,6 milyard dollar vəsait ayırmağıplanlaşdırır.

Trend xəbər verirki, bu barədə "Bloomberg" agentliyi Pentaqonun Konqresə təqdimetdiyi sənədə istinadən məlumat yayıb.

Məlumata görə, vəsait ABŞ hərbçilərinin hazırlıq səviyyəsininartırılmasına, hücum xarakterli kiber imkanların gücləndirilməsinəvə Hind-Sakit okean regionunda müşahidə imkanlarınıngenişləndirilməsinə yönəldiləcək.

Plan çərçivəsində 1 milyard dollar ABŞ Kosmik Qüvvələritərəfindən istismar edilən pilotsuz X-37B kosmik aparatınınsaxlanması xərclərinə ayrılacaq.

Bundan əlavə, Pentaqon erkən xəbərdarlıq üzrə kəşfiyyat peykləriqruplaşmasının genişləndirilməsi üçün 528 milyon dollar, sualtıqayıqlara qarşı sonar sistemlərinin təkmilləşdirilməsi üçün isə 143milyon dollar vəsait ayırmağı nəzərdə tutur.

Chosen
56
az.trend.az

1Sources