EN

Xocalı soyqırımından 34 il ötür

1992-ci il fevralın 25-dən 26-na keçən gecə SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın heyəti və zirehli texnikasının köməkliyi ilə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum ediblər.

NOCOMMENT.az xəbər verir ki, onların törətdiyi soyqırım 1988-ci ildən başlamış Ermənistan – Azərbaycan münaqişəsinin ən böyük faciəsi olub.

Xocalı faciəsi nəticəsində 613 nəfər qətlə yetirilib. Həlak olanların 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olub. 25 uşaq hər iki, 130 uşaq isə valideynlərindən birini itirib. Yaralıların sayı 487 nəfər, əsir götürülənlərin sayı isə 1275 nəfər idi.

8 azərbaycanlı ailəsi tamamilə məhv edilib. Həmin gün Xocalı yerlə-yeksan edilib və ermənilər tərəfindən işğal olunub.

Xocalı 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunub. 15 oktyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Chosen
14
nocomment.az

1Sources