EN

Azərbaycan güləşçiləri Tiranadakı “Muhamet Malo” turnirində üç medal qazandılar

Bakı. Trend:

Azərbaycanın sərbəst güləşçiləri Tirana şəhərində keçirilən“Muhamet Malo” turnirində üç medal əldə ediblər.

Trend xəbər verirki, 65 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz RəşidBabazadə reytinq turnirinin finalında məğlub olaraq fəxri kürsününikinci pilləsinə qalxıb.

O, həlledici görüşdə hindistanlı U-23 dünya çempionu SucetSucetə 0:10 hesabı ilə uduzub.

İslam Bazarqanov (57 kq) isə üçüncü yer uğrunda qarşılaşmadahindistanlı Akşay Tanaci Dhereni 9:2 hesabı ilə məğlub edərəkbürünc medal qazanıb.

Arseniy Djioyev (86 kq) üçüncü yer uğrunda görüşdə amerikalıikiqat olimpiya mükafatçısı və dördqat dünya çempionu Kayl Deyki4:1 hesabı ilə üstələyərək reytinq turnirinin bürünc medalına sahibçıxıb.

Chosen
15
az.trend.az

1Sources