EN

Qəbələdə AĞIR QƏZA: 24 yaşlı sürücü öldü

Bu gün saat 18 radələrində Qəbələ rayonunun Məmmədağalı kəndi ərazisində “Ford” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, nəticədə sürücü, 24 yaşlı Nuran Muradasılov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, ərazi üzrə polis orqanında faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

Chosen
10
7
bizim.media

10Sources