EN

Stepaşinin “timsah göz yaşları”: Rusiyanı necə aldadıblar?

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın sabiq baş naziri Sergey Stepaşin bildirib ki, vaxtilə həm Sovet İttifaqı, həm də sonradan Rusiya NATO-ya qoşulmağa hazır olduğunu ifadə etsə də, alyans bu təşəbbüsü dəstəkləməyib.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, hələ 1949-cu ildə sovet rəhbərliyində mühüm fiqurlardan biri olan Lavrenti Beriya SSRİ-nin Şimali Atlantika alyansına mümkün üzvlüyü məsələsini araşdırırdı. Lakin nəticədə ölkə təşkilata qəbul edilmədi.

Stepaşin qeyd edib ki, NATO başlanğıcda əsasən SSRİ-yə qarşı yaradılan hərbi-siyasi blok idi. Sabiq baş nazir xatırladıb ki, 1955-ci ildə şərq blokuna daxil dövlətlər buna cavab olaraq Varşava Müqaviləsi Təşkilatını yaratdılar. Onun fikrincə, bu qurum 1991-ci ildə dağıldıqdan sonra NATO-nun mövcudluğuna ehtiyac da aradan qalxmışdı.

Stepaşin bildirib ki, 1990-cı illərdə Rusiya Ali Sovetinin müdafiə və təhlükəsizlik komitəsinə rəhbərlik etdiyi dövrdə NATO-nun o vaxtkı baş katibi Manfred Verner ilə Rusiyanın alyansa mümkün qoşulması barədə danışıqlar aparıb. O, Moskvanın qarşıdurma əvəzinə əməkdaşlıq təklif etdiyini vurğulayıb. Daha sonra isə bu ideyanın Rusiyanın prezidenti olmuş Vladimir Putin tərəfindən də səsləndirildiyini deyib.

Eks baş nazir əlavə edib ki, 2000-ci illərin əvvəllərində Rusiya ilə NATO arasında münasibətlər kifayət qədər fəal idi: Rusiya–NATO Şurası yaradılmış, birgə hərbi təlimlər keçirilmişdi. Bununla belə, Stepaşin sonda Rusiyanın aldadıldığını düşündüyünü bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
globalinfo.az

1Sources