Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Şəkidə İkinci Qarabağ müharibəsi şəhidi Elnur İsmayılovun 25 illik yubileyinə həsr olunmuş "Əbədiyyətə ucalan 19-cu bahar" adlı tədbir keçirilib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhid ailələri, qazilər, bir sıra dövlət orqanlarının nümayəndələri, mədəniyyət və təhsil işçiləri, hərbiçilər iştirak ediblər.Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Elnur İsmayılovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub. Tədbir boyu şəhidin əziz xatirəsinə həsr olunmuş rəqs nömrələri nümayiş etdirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.