Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya xidmətləri almaq üçün Bakıya gəlib.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X"də məlumat yayıb.
"2026-cı ildəki ilk qrup - Ukraynadan olan 26 uşaq Bakıya gəlib. Ukraynanı müdafiə edənlərin uşaqları peşəkar qulluq və reabilitasiya alacaqlar", - o yazıb.
2022-ci ildən bəri Azərbaycanda 498 ukraynalı uşaq reabilitasiya keçib.