EN

Xavi millinin baş məşqçisi ola bilər

style='margin-bottom:10px;'>

"Barselona"nın və İspaniya millisinin əfsanəsi Xavi Ernandes Mərakeş yığmasının baş məşqçisi ola bilər.

QOL.az xəbər verir ki, "Marca" nəşrinin yaydığı məlumata görə, Xavi bu vəzifəyə namizəd olaraq nəzərdən keçirilir. Mərakeş Futbol Federasiyası hələki ispaniyalı mütəxəssislə hələlik rəsmi danışıqlara başlamayıb.

Bildirilir ki, Mərakeş millisinin hazırkı baş məşqçisi Valid Reqraqinin mövqeyi bu qış ölkəsində keçirilən Afrika Millətlər Kubokunun finalındakı uğursuzluqdan sonra sarsılıb.

Hazırda 46 yaşı olan Xavinin məşqçilik fəaliyyəti hələlik iki fərqli klubla məhdudlaşır. O, bu sahədəki debütünü 2019-2021-ci illərdə Qətərin "Əl-Sədd" klubunda edib. Buradakı uğurlu çıxışından sonra isə gənc mütəxəssis 2021-ci ildə doğma komandası olan "Barselona"ya qayıdaraq 2024-cü ilə qədər Kataloniya təmsilçisinə rəhbərlik edib.

Chosen
15
teleqraf.com

1Sources