EN

BMT də səsvermə artıq öz aktuallığını itirib

Newscenter.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"BMT-də "Ukraynaya davamlı dəstək"lə bağlı qətnamə qəbul edilib. Azərbaycan səsvermədə iştirak etməyib. Buna görə Azərbaycan tənqid edilə bilməz. ABŞ bitərəf qalıb. BMT münaqişələrin həllində təşkilat kimi öz funksiyasını yerinə yetirə bilmir. Beynəlxalq müstəvidə BMT və onun Təhlükəsizlik Şurası yeni dünya təhlükəsizlik çağırışlarına cavab vermir. Əgər, BMT-nin məlum qətnaməsi Rusiyanın hərbi işğalını durdura bilərdisə, Azərbaycan o zaman həmin qətnaməyə dəstək verərdi".Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Azərbaycan artıq ikitərəfli əlaqələrin inkişafına önəm verir:"Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Ukrayna prezidenti V. Zelenski ilə prezident İlham Əliyev beynəlxalq təşkilatların forumunda daima görüşür. Telefon danışıqları aparır. Həmçinin Ukraynaya kifayət qədər humanitar yardımlar edir. Göründüyü kimi, Azərbaycan Ukraynanı dəstəkləyir".O qeyd edib ki, BMT-də səsvermə artıq öz aktuallığını itirib:"Azərbaycan səsvermədə iştirak etməməklə heç də Rusiya amilini nəzərə almayıb. Ukrayna prezidenti və xalqı yaxşı bilir ki, Azərbaycan onları hər hansı bir sənədlə deyil, real və praktik olaraq dəstəkləyir".Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
2
newscenter.az

3Sources