EN

İran Prezidenti tələbə etirazçıları ilə dialoqa hazır olduğunu deyib

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Prezident Məsud Pezeşkian bildirib ki, İran hakimiyyəti universitetlərdə etiraz edən tələbələrin tələblərinə cavab verməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.

"Əgər kimsə etiraz edərsə, etirazlarını bildirə bilərlər. Etirazlar sosial həyatın dinamizminin əlamətidir və biz universitetlərə baş çəkməyə və tələbələrlə birbaşa ünsiyyət qurmağa hazırıq", - deyə o qeyd edib.

Prezidentin mətbuat xidmətinin Pezeşkianın çıxışına istinadən verdiyi məlumatda: "Hökumət üzvləri universitetlərdə olmalı və dialoq atmosferini gücləndirməlidirlər", - deyə qeyd edilib. Prezident əlavə edib ki, "Bizim vəzifəmiz etirazçıları dinləmək və məsələlərin və problemlərin həlli üçün tədbirlər görməkdir".

İran universitetlərinin bir neçəsində hökumət siyasətinə qarşı və dövlət sistemini dəstəkləmək üçün tələbə etirazları keçirilib.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
1
bizimyol.info

2Sources