EN

Cəbrayıl könüllüsü: Gələcəkdə işğaldan azad olunmuş ərazilərdə yaşamaq istəyirəm

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 25 fevral, AZƏRTAC

Cəbrayıl mənim ata-baba yurdumdur. Uzun illərdən sonra “Böyük Qayıdış” Proqramı çərçivəsində doğma torpaqlara ayaq basmaq, o yerləri ziyarət etmək mənim üçün böyük fəxr və qürur mənbəyidir. Atamın yaşadığı, babamın doğulub boya-başa çatdığı torpaqları canlı görmək məndə sözlə ifadə olunmayacaq duyğular yaşadıb.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, “Böyük Qayıdış” İctimai Birliyində Cəbrayıl könüllüsü olaraq fəaliyyət göstərən Əli Mahmudzadə deyib.

“Mən Bakıda böyümüşəm və yaşım uyğun olmadığı üçün həmin yerləri daha əvvəl görmək imkanım olmayıb. Buna görə də ilk dəfə doğma yurdu görmək həm qürur, həm sevinc, həm də mənəvi bağlılıq hisslərini daha da gücləndirib. Həmin torpaqlarda olmaq insana öz köklərini daha dərindən hiss etdirməklə yanaşı, gələcəyə məsuliyyət də aşılayır. Qayıdış könüllüləri çərçivəsində Cəbrayıl və Şuşa ərazilərində olmuşam. Digər könüllülərimiz isə öz doğma bölgələrinə uyğun olaraq işğaldan azad olunmuş müxtəlif ərazilərdə fəaliyyət göstəriblər. “Böyük Qayıdış” İctimai Birliyinin təşkilatçılığı ilə gənclərin həmin bölgələrə səfərləri həyata keçirilir və bu prosesdə iştirak etmək mənim üçün xüsusi qürur mənbəyidir. Əgər imkan olsa, gələcəkdə həmin torpaqlarda yaşamaq və həyatımı orada davam etdirmək istəyirəm. Çünki doğma yurda qayıdış təkcə fiziki deyil, həm də mənəvi qayıdışdır”, - deyə gənc könüllü vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
azertag.az

1Sources