Ankarada Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı faciəsinin qurbanlarına həsr olunmuş "Haradasınız 13-lər?" kitabının türk dilində nəşrinin təqdimatı olub.
"Report"un Türkiyə bürosuna kitabın müəllifi, Xocalı soyqırımının canlı şahidi, yazıçı Səriyyə Müslümqızı bildirib ki, "Hardasınız 13-lər" 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə əsir götürülən 13 gəncin hələ də məlum olmayan talelərindən bəhs edir.
Qeyd edək ki, Xocalı hadisələri zamanı yazıçının anası da qətlə yetirilib və 51 yaxın qohumu itkin düşüb. Səriyyə Müslümqızı Xocalı və ümumlikdə Qarabağla bağlı 27 kitabın müəllifi olaraq düyanın 15-dən çox ölkəsində "Xocalıya ədalət" çağırışında iştirak edib:
"34 il ərzində demək olar ki, hər il biz dünya ictimaiyyətindən "Xocalıya ədalət" istədik. Bu kampaniya çərçivəsində Türkiyəyə ikinci səfərimdir. İndiyədək bir filmin senarisi və iki kitabım Türkiyə türkcəsində yayınlanıb. Bu fəaliyyətlərə dəstək olan hər kəsə təşəkkür edirəm".