EN

Messi: “Müqəddəs deyiləm, matç zamanı özümdən çıxa bilərəm”

Argentinalı ulduz futbolçu Lionel Messi meydanda emosiyalarını hər zaman tam nəzarətdə saxlaya bilmədiyini etiraf edib.

Korrekt.az xəbər verir ki, argentinalı ulduz futbolçu Infobae nəşrinə açıqlamasında bildirib ki, oyun zamanı gərginlik səbəbindən bəzən özündən çıxa bilir:

“Müqəddəs deyiləm. Matçın gedişində özümdən çıxa bilərəm. Çünki özünə nəzarət etmək çətindir. Amma meydanda baş verənlər elə oradaca qalır”.

Messi vurğulayıb ki, bu yanaşma paltardəyişmə otağında yaşananlara da aiddir:

“Bu sözlər paltardəyişmə otağına da aiddir. Kiminsə orada yaşananlar haqqında danışması mənə qəribə gəlir”.

38 yaşlı futbolçu fərqli nəsli təmsil etdiyini də qeyd edib:

“Mən başqa nəslin futbolçusuyam. Lakin zaman dəyişib, indi sosial şəbəkələrdən daha çox istifadə olunur”.

Messi bununla müasir futbol mühitində informasiya axınının və ictimai açıqlamaların əvvəlki dövrlərlə müqayisədə daha geniş və sürətli olduğunu diqqətə çatdırıb.

Chosen
39
veteninfo.az

1Sources