EN

Sakit okeanda yeni gərginlik: Yaponiya raket bölməsi yerləşdirir

Yaponiya hökuməti 2030-cu ilin sonuna qədər Tayvanın şərq sahilindən 108 kilometr aralıda yerləşən Yonaguni adasına hava hücumundan müdafiə raket bölməsi yerləşdirəcək.

Publika.az xəbər verir ki, bu barədə Yaponiya müdafiə naziri Şinjiro Koizumi bəyanat yayıb.

Onun sözlərinə görə, hazırda bu planın başa çatdırılması üçün işlər davam edir: "Lazımi qurğuların hazırlanması da daxil olmaqla müvafiq işlər davam edir. Lakin biz bunu 2030-cu maliyyə ili üçün planlaşdırırıq. Hərtərəfli və diqqətli bir açıqlama verəcəyik".

Koizumi daha əvvəl bu planın, bölgədə gərginlik yaratmaq yox, adanın təhlükəsizliyini təmin etmək və Yaponiyaya qarşı silahlı hücum ehtimalını azaltmaq məqsədi daşıdığını bəyan edib.

Chosen
3
publika.az

1Sources