EN

Anasının qətlinə kömək etməkdə təqsirləndirilən 18 yaşlı oğlana hökm oxunub

Anasının qətlə yetirilməsinə kömək etməkdə təqsirləndirilən Kamil Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilən Kamil Bağırova Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Hadisə 2024-cü ilin dekabr ayında Ağcabədidə baş verib. İttihama görə, 1982-ci il təvəllüdlü Afət Əsgərova kürəkəni, 1995-ci il təvəllüdlü Loğman Nəsibov tərəfindən qətlə yetirilib. Onun oğlu 2008-ci il təvəllüdlü Kamil Bağırov isə Loğman Nəsibova qətlin törədilməsində kömək edib.

Təqsirləndirilən Kamil Bağırova istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 32.5 120.2.4-cü maddələri ilə ittiham irəli sürülsə də, məhkəmə istintaqı zamanı əməl 32.5 120.1-ci maddələrə tövsif edilib.

Qətli törətməkdə təqsirli bilinən Loğman Nəsibovun cinayət işi ayrıca icraata ayrılıb.

"Cebheinfo.az"

Chosen
1
4
cebheinfo.az

5Sources