EN

Avropada şimal küləyi

style='margin-bottom:10px;'>

Norveçin “Bodo-Qlimt” klubu bu mövsüm UEFA Çempionlar Liqasında möhtəşəm çıxışları və nəticələri ilə diqqəti cəlb etməkdədir. “Sarılar” tarixində ilk dəfə əsas mərhələsinə yüksəldikləri turnirin 1/8 finala qədər gəlib çıxmağı bacarıblar.

50 minə yaxın əhalisi olan Bodo şəhərinin təmsilçisi yarışa Liqa mərhələsinə vəsiqə verən pley-off-dan başlayıb və burada Avstriyanın “Şturm” klubunu böyük üstünlüklə (5:0, 1:2) mübarizədən kənarlaşdırıb.

Liqa mərhələsini 9 xalla başa vuran komanda burada “Mançester Siti”, “Atletiko”  kimi nəhəngləri məğlub etməyi bacarıb, “Tottenhem” və Dortmund “Borussiya”sından xal alıb.

Çempionlar Liqasının Liqa mərhələsi

 “Slaviya Praqa” (Çexiya) – “Bodo-Qlimt” (Norveç) – 2:2
“Tottenhem” (İngiltərə) – “Bodo-Qlimt” (Norveç) – 2:2
“Qalatasaray” (Türkiyə) – “Bodo-Qlimt” (Norveç) – 3:1
“Bodo-Qlimt” (Norveç) – “Monako” (Monako) – 0:1
“Borussiya” Dortmund  (Almaniya) – “Bodo-Qlimt” (Norveç) – 2:2
“Bodo-Qlimt” (Norveç) – “Mannçester Siti” (İngiltərə) – 3:1
“Atlético” Madrid (İspaniya) – “Bodo-Qlimt” (Norveç) – 1:2

Artıq Liqa mərhələsində sensasiyaya imza atan Norveç klubu 1/8 final üçün oynanılan pley-off-da daha möhtəşəm performans göstərib. Şimallılar Çempionlar Liqasının üçqat qalibini həm Norveçdə, həm də İtaliyada üstələdi.   

Pley-off

"Bodo-Qlimt" (Norveç) – “İnter” (İtaliya) – 5:2
"İnter" (İtaliya) – "Bodo-Qlimt" (Norveç) - 1:2

1/8 final

Norveç klubu 1/8 finalda ya “Sportinq”, ya da “Mannçester Siti” ilə üz-üzə gələcək. Bu mərhələnin püşkü fervalın 27-də atılacaq.

Baş məşqçi

Knutsen Ketil 2018-ci ildən “Bodo-Qlimt”I çalışdırır. Klub onun rəhbərliyi altında ən parlaq dövrünü yaşayır. Maraqlıdır ki, 1977-ci ildən müxtəlif fasilələlərlə Norveçin yüksək liqasında çıxış edən “Bodo-Qlimt” ilk dəfə 2020-ci ildə, Ketilin baş məşqçiliyi altında çempion olub. Komanda bundan sonra ardıcıl olaraq daha iki mövsüm çempion adını qazanıb. Komandanln ötən mövsüm Avropa Liqasının yarımfinalına qədər irəliləməsi də norveçli Knutsen Ketilin əməyinin nəticəsidir.

Uğurun sirri

Təbii ki, komandanın uğuru və uğursuzluğu deyəndə ilk növbədə ağıla gələn baş məşqçi amilidir. "Bodo-Qlimt"in Knutsen  Ketilin gəlişindən sonra necə inkişaf etməsi göz önündədir. Onun komandası əsasən gənc oyunçulardan təşkil edilib, oyun üslubundə sürət və pressinq əsas götürülüb. "Bodo-Qlimt"in oyunlarında rəqiblərin bu sarıdan necə çətinlik çəkdiyi aşkar görünür. Bu cür komandalar xüsusilə də böyük klublarla oyunlarda sürpriz etməyi bacarır. Təbii ki, məsələn,  "Mançester Siti" "Bodo-Qlimt"dən bu cür cəsarətli oyun gözləmirdi və uduzmasında rəqibin sürətli keçidləri və pressinqi önəmli rol oynayıb. Bundan başqa, klubun idarəçiliyindən də çox şey asılıdır. Məhdud büdcə ilə belə komanda formalışdıra biliblərsə, demək ki, strategiya, transferlərdə seçim düzgün olub. Klub rəhbəliyinin uzunmüddətli inkişaf strategiyası seçməsi, baş məşqçiyə güvənməsi bu cür nəticələrə gətirib çıxarıb.

Ramiq Ağaməmmədov

Chosen
18
2
teleqraf.com

3Sources