EN

Almaniyada vətəndaşlıq üçün minimum 8 il yaşayış şərti təsdiqləndi

Almaniyada keçirilən Xristian Demokrat Birliyi (CDU) partiyasının qurultayında Almaniya vətəndaşlığının alınması üçün tələblərin yenidən sərtləşdirilməsi ilə bağlı təklifin təsdiqləndiyi bildirilib.

Turkustan.az xəbər verir ki, fevralın 22-də Ştutqartda keçirilən konqresdə nümayəndələr vətəndaşlıq almaq üçün ən azı 8 il yaşayış tələbini özündə ehtiva edən təklifi təsdiqlədilər.

Təklifdə 5 illik yaşayış tələbinin aradan qaldırılması və 8 ilə qədər artırılması tələb olunur və 5 ilin kifayət etmədiyi və bir çox immiqrantın bu müddət ərzində Almaniya cəmiyyətinə tam inteqrasiya ola bilmədiyi iddia edilir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
12
1
turkustan.az

2Sources