
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentləri arasındakı əməkdaşlığın regionda siyasi sabitlik və iqtisadi inkişaf üçün əhəmiyyəti nədir? Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Milli Məclisin müvafiq komitələrinin Türkiyə və Gürcüstan parlamentinin Xarici əlaqələr komitələri ilə əməkdaşlığı səmərəlidir. Müvafiq zamanlarda bu yöndə keçirilən iclaslarda əsasən beynəlxalq münasibətlərin, parlamentlərarası əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılır. Həmçinin bu ölkələrlə daha səmərəli və faydalı əməkdaşlıq, habelə parlamentlər səviyyəsində müxtəlif mövzuların əhəmiyyətinə toxunulur. Regional əməkdaşlıq, iqtisadi-ticari əlaqələr, sülh və sabitliyin daimi olması üçün hansı addımların atılması, enerji mübadiləsi, həmçinin qanunvericilikdəki uyğunluqlar əsas mövzu kimi təqdim olunur. Azərbaycan - Türkiyə və Azərbaycan - Gürcüstan arasında əlaqələrin cari vəziyyəti ilə qarşıya çıxan məsələlərə münasibət də bu mövzuda əsas amillərdəndir. Azərbaycan, Türkiyə və Gürcüstan parlamentləri arasındakı mövcud əməkdaşlıq öncə regionda sabitliyə, sülhə və bu vəziyyətdən doğan yeni və hərtərəfli iqdisadi inkişafa xidmət etdiyi üçün müsbət dəyərləndirilməlidir".
Zeynəb Mustafazadə