EN

Bəzi marşrutların hərəkət sxemi dəyişdirilir

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar təşkil ediləcək anım mərasimi ilə bağlı Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə "Unikal"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məhdudiyyətlə əlaqədar 4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli müntəzəm avtobusların hərəkəti alternativ küçələrdən təşkil ediləcək:

4 nömrəli marşrut

Bakı Ağ Şəhər – Nəriman Nərimanov metrostansiyası: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

Nəriman Nərimanov metrostansiyası - Bakı Ağ Şəhər: Neftçilər prospekti – 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi (“Boulevard Hotel Baku”) – 1-ci Yaşıl ada küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

10 nömrəli marşrut

Bakı Ağ Şəhər – Yasamal yaşayış kompleksi (MİDA): 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

Yasamal yaşayış kompleksi (MİDA) - Bakı Ağ Şəhər: Neftçilər prospekti – 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi (“Boulevard Hotel Baku”), daha sonra öz hərəkət sxemi üzrə;

21 nömrəli marşrut

Əhmədli metrostansiyası – “28 May” NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

30 nömrəli marşrut

Xalqlar Dostluğu metrostansiyası – “28 May” NMM: Babək prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

28 May NMM – Neftçilər metrostansiyası: Yusif Səfərov küçəsi - Babək prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

32 nömrəli marşrut

Neftçilər metrostansiyası – “28 May” NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

“28 May” NMM - Neftçilər metrostansiyası: Neftçilər prospekti – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

46 nömrəli marşrut

Günəşli qəsəbəsi – “28 May” NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

“28 May” NMM - Günəşli qəsəbəsi: Neftçilər prospekti – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə;

49 nömrəli marşrut

68 nömrəli məktəb (Sabunçu rayonu) – “28 May” NMM: Nəcəfqulu Rəfiyev küçəsi - 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

“28 May” NMM - 68 nömrəli məktəb (Sabunçu rayonu): Neftçilər prospekti – 8 Noyabr prospekti - Nəcəfqulu Rəfiyev küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

120 nömrəli marşrut

Hövsan qəsəbəsi – “28 May” NMM: 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi – 28 May küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

Chosen
8
35
unikal.az

3Sources