Bakı. Trend:
Əfqanıstanda 5,4 bal gücündə güclü zəlzələ baş verib.
Trend xarici KIV-əistinadən xəbər verir ki, bu barədə Avropa‑Aralıq dənizi SeysmolojiMərkəzinin (EMSC) rəsmi saytında dərc olunub.
Məlumata görə, yeraltı təkanlar Moskva vaxtı ilə saat 15:12-dəTacikistanla sərhəd yaxınlığında baş verib.
Zəlzələnin episentri Əfqanıstanın Bədəxşan regionunda,Tacikistanın İşkaşim kəndindən 26 kilometr şimal-qərbdə yerləşib.Zəlzələ ocağı 104 kilometr dərinlikdə qeydə alınıb.
Qeyd olunur ki, təkanlar qonşu Özbəkistan və Pakistanda da dahiss olunub.