EN

Gültəkin Hacıbəyli bir neçə saatlıq dindirmədən sonra sərbəst buraxılıb “Hər hansı bir təzyiq, qanunsuzluq halları olmadı”

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyevin cinayət işi üzrə keçmiş deputat Gültəkin Hacıbəylinin evində axtarış aparıb.

Ardınca bir neçə saat istintaqda dindirilən sabiq deputat dünən axşam saatlarında sərbəst buraxılıb.

Gültəkin Hacıbəylinin bu prosesdə iştirak edən vəkili Nemət Kərimli "Gununsesi.info"-ya açıqlama verib.

Vəkilin sözlərinə görə, sabiq deputatın evindəki axtarış-götürmə ilə bağlı müvafiq məhkəmə qərarı olub: “Bildirim ki, Gültəkin xanımın vəkili kimi prosesə başlamazdan əvvəl məni gözlədilər və mən bu prosesdə iştirak etdim. Sonrakı dinirmədə də iştirak etmişəm. Obyektivlik naminə deyim ki, hər hansı bir təzyiq, qanunsuzluq halları olmadı”.

Nemət Kərimlinin sözlərinə görə, buna baxmayaraq istintaq Gültəkin Hacıbəyliyə məxsus mobil telefonları və kompüteri saxlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
2
azpolitika.info

3Sources