EN

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan prosesindən asılıdır” - Fuat Oktay

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması birbaşa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə əlaqəlidir. Bu səbəbdən artıq müəyyən görüşlər başlayıb və proses mərhələli şəkildə irəliləyir”.
SİA xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay səfərlə bağlı yekun mətbuat konfransında səsləndirib.
O bildirib ki, münasibətlərin normallaşması istiqamətində konkret addımlar müşahidə olunur: “Rəsmi pasport sahibləri üçün vizalarla bağlı irəliləyiş var. Eyni zamanda Türk Hava Yolları vasitəsilə qarşılıqlı uçuşların başlanması istiqamətində hərəkətlilik müşahidə edirik”.
Fuat Oktay vurğulayıb ki, əsas məqsəd bölgədə davamlı sabitliyin təmin olunmasıdır: “Ümid edirik ki, proses sürətlə inkişaf edəcək və regionun gündəliyi artıq münaqişələr deyil, sülh, rifah və tərəqqi üzərində qurulacaq. Bu da gələcəyə doğru daha açıq və güclü bir yol formalaşdıracaq”.

Müəllif: Günel Fərzəliyeva
Chosen
7
sia.az

1Sources