EN

ABŞ Qərb Şəriyəsində konsulluq xidməti göstərəcək

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ İsrail tərəfindən işğal olunmuş Fələstin torpaqlarında - Qərb Şəriyəsində məskunlaşan yəhudilərə konsulluq xidmətləri göstərməyə başlayacaq.

Reyting.az xəbər verir ki, bu ayın əvvəlində İsrailin baş naziri Benyamin Netanyahunun kabineti yəhudi məskunlaşmalarını genişləndirən və torpaq əldə etməni asanlaşdıran tədbirləri təsdiqlədikdən sonra Vaşinqton bölgədə konsulluq xidmətlərinin göstəriləcəyini açıqlayıb.

ABŞ-nın İsraildəki səfirliyi bəyan edib ki, İsrailin işğal etdiyi Qərb Şəriyə ərazisində, Beytləhmin cənubundakı Efrat yaşayış məntəqəsində pasport xidmətləri təqdim olunacaq.

Səfirliyin sosial media paylaşımında bildirilir: “Xaricdə yaşayan bütün amerikalılara çatmaq səylərimizin bir hissəsi olaraq, konsulluq əməkdaşları fevralın 27-də, cümə günü Efratda adi pasport xidmətləri göstərəcəklər”.

Bəyanatda qeyd olunur ki, oxşar xidmətlərin Ramallahda, Beytləhm yaxınlığındakı Beytar İllit qəsəbəsində və Hayfa kimi İsrail şəhərlərində də təşkili planlaşdırılır.

Xatırladaq ki, ötən həftə İsrail kabineti Qərb Şəriyəsində nəzarəti gücləndirən və məskunlaşanların torpaq almasını asanlaşdıran qərarlar qəbul edib. Fələstin tərəfi bu addımı “de-fakto işğal” kimi qiymətləndirib. Bildirilir ki, ABŞ-ın konsulluq xidmətləri göstərəcəyini elan etdiyi Efrat qəsəbəsində çox sayda amerikalı immiqrant yaşayır.

ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
reyting.az

1Sources