“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədrinin müşaviri Məhəmməd Paşazadə vəzifəsindən öz ərizəsi əsasında ayrılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirilib.
Bildirilib ki, proses əmək qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun şəkildə həyata keçirilib.
Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin oğludur.
Telegram kanalımız