EN

Ağ Evdə UFC turnirinin təşkilinə bu qədər vəsait xərclənəcək

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mütləq Döyüş Çempionatı (UFC) Ağ Evdə turnirin təşkili üçün 60 milyon dollara qədər vəsait xərcləyəcək.

Milli.Az xəbər verir ki, bu barədə MMA Fighting portalı məlumat yayıb.

Şounun keçirilməsi məqsədilə Ağ evin cənub çəmənliyində oktaqon və tamaşaçılar üçün tribunalar qurulacaq. Gözlənilir ki, döyüşçülər qarşılaşma məkanına Oval kabinetdən çıxacaqlar.

"UFC White House" turniri 14 iyun tarixində baş tutacaq və ABŞ Müstəqillik Bəyannaməsinin qəbulunun 250-ci ildönümünə həsr olunacaq. Bu, Ağ evdə keçiriləcək ilk peşəkar idman tədbiri olacaq.

Ayxan

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
news.milli.az

2Sources