EN

Mehmet Ali Erbil özündən 42 yaş kiçik arvadından ayrıldı

Türkiyənin tanınmış şoumeni Mehmet Ali Erbil özündən 42 yaş kiçik olan həyat yoldaşı Gülseren Ceylan ilə yollarını ayırıb.

Missiya.Az Haber Global-a istinadən xəbər verir ki, cütlüyün təxminən 7 ay davam edən nikahı rəsmən başa çatıb.

Məlumata görə, məhkəmə prosesində Erbil və Ceylan iştirak etməyib. Onlar vəkilləri vasitəsilə təqdim etdikləri müraciət əsasında nikahın pozulmasına nail olublar.

Xatırladaq ki, yaş fərqi 42 il olan cütlük ötən ilin avqustunda ailə qurmuşdu. Evləndikləri gündən etibarən isə onların münasibətləri tez-tez ayrılıq və barışıq xəbərləri ilə medianın diqqət mərkəzində idi.

Seyranə QuliyevaMissiya.Az

Chosen
19
missiya.az

1Sources