Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı
"Kayserispor"un yeni baş məşqçisi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Superliqa təmsilçisi Erlinq Moeyə tapşırılıb. Onunla 1,5 illik müqavilə imzalanıb. Mütəxəssis bu vəzifədə ötən gün istefaya göndərilən Radomir Caloviçi əvəzləyib.
Qeyd edək ki, E.Moe son olaraq "Beşiktaş"da Ole Qunnar Sulşerin köməkçisi kimi çalışıb.
Əlavə edək ki, "Kayserispor" Superliqada hazırda 19 xalla 17-cidir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.