EN

İmsak mütləq edilməlidir Həkim AÇIQLADI

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ramazan ayında düzgün qidalanma sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, sağlam qidalanma mövzusunda ən nümunəvi dövrlərdən biri məhz Ramazan ayıdır. Mütəxəssis bildirib ki, oruc zamanı insan aclıq hissini yaşayır və bu proses müəyyən çərçivədə orqanizm üçün faydalı hesab oluna bilər.

Emin Məmmədov qeyd edib ki, əgər insan artıq oruc tutmağa qərar veribsə, mütləq qaydalara əməl etməlidir. Onun sözlərinə görə, əsas prinsiplərdən biri imsakın buraxılmamasıdır:

"İmsak faktiki olaraq aralıqlı oruc periodunun başlanğıcıdır və insan ən azı 12 saat ac qalırsa, səhər acqarına qidalanma mütləq şərtdir. O vurğulayıb ki, imsakın bir-iki dəfə buraxılması ciddi problem yaratmaya bilər, lakin bu hal davamlı olarsa, orqanizmdə müəyyən fəsadlara yol aça bilər".

Emin Məmmədovun sözlərinə görə, imsak etməmək mədə-bağırsaq problemlərinə, öd durğunluğuna, həzm fermentlərinin zəifləməsinə, öddə daş və ya “palçıq” adlandırılan çöküntülərin yaranmasına, eləcə də qəbizliyə səbəb ola bilər. O bildirib ki, qəbul edilən qida həm mədə şirəsinin neytrallaşdırılmasında, həm də bağırsaq motorikasının aktiv saxlanılmasında mühüm rol oynayır. Qida qəbulu olmadıqda isə bu proseslər pozulur və müxtəlif həzm problemləri yarana bilər.

Mütəxəssis-ekspert tövsiyə edib ki, imsak mütləq edilməlidir. Onun sözlərinə görə, imsak zamanı qəbul olunan qida və enerji dəyəri gün ərzində insanın aktivliyini təmin edir, gündəlik fəaliyyətini davam etdirməsinə və iftara qədər özünü daha stabil hiss etməsinə kömək edir.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
bakivaxti.az

1Sources