EN

“O, “Qızıl top”u qazanmaq üçün hər şeyə malikdir”

“Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İnyesta komandanın 18 yaşlı hücumçusu Lamin Yamalın “Qızıl top”u qazanmaq şansları barədə danışıb.

Msport.az xəbər verir ki, ispaniyalı keçmiş futbolçu hər şeyin Yamalın inkişaf etməyə davam edib-etməməsindən asılı olduğunu bildirib:

“Bunun üçün istedadı, işgüzarlığı var – bu, onun üçün ciddi bir çağırışdır. “Qızıl top”u qazanmaq üçün lazım olan hər şeyə malikdir. Ümid edirəm ki, Yamal hazırda göstərdiyi irəliləyişi davam etdirəcək, çünki bu səviyyəli oyunçuya sahib olmaq çox vacibdir – xüsusən də, “Barselona” azarkeşləri və İspaniya xalqı üçün”.

Qeyd edək ki, Yamal 2025-ci ildə “Qızıl top”un səsverməsində ikinci olub.

Chosen
12
1
msport.az

2Sources